Yuxarı
    Bağlamaq

    ​Azərbaycan tələbələrinin ixtirası ABŞ-da nüfuzlu müsabiqənin qalibi olub

    Tələbələrin “NoObs” komandası müsabiqədə ikinci yeri tutub

    Bakı. 31 iyul. REPORT.AZ/ Sietlda (ABŞ) “Microsoft” Korporasiyasının baş ofisində keçirilən “Imagine Cup 2015” müsabiqəsində Azərbaycan tələbələrinin layihəsi qaliblərdən biri olub.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan xəbərə görə, Azərbaycanın “NoObs” komandası ilk dəfə iştirak etdiyi beynəlxalq müsabiqədə ikinci yeri tutub. “NoObs” müsabiqənin finalına “Spinal” adlanan kompleks həlli ilə çıxıb.

    “Spinal” qurğusu onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda “Bluetooth” modulu vasitəsi ilə “Windows Phone” əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur. Qeyd edək ki, “NoObs” 33 komanda arasından seçilib.

    Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaq. Bundan başqa, “Microsoft” qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.

    “Microsoft Imagine Cup” müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə reallaşır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi