Azərbaycan startapçıları Gürcüstanda keçirilən “TechSummit”də iştirak edirlər

Azərbaycan startapçıları Gürcüstanda keçirilən “TechSummit”də iştirak edirlər Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Texnoparkda ikinci “TechSummit” keçirilir.
İKT
6 Noyabr , 2019 17:26
Azərbaycan startapçıları Gürcüstanda keçirilən “TechSummit”də iştirak edirlər

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Texnoparkda ikinci “TechSummit” keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, beynəlxalq tədbirdə Gürcüstana qonşu olan ölkələri təmsil edən startapçılar iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyinin rəhbəri Avtandil Kasradze bildirib ki, ikigünlük tədbirin əsas məqsədi iştirakçı ölkələrlə innovasiya ekosisteminin inkişafı üçün əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsi və potensial tərəfdaşlarla əlaqələrin qurulmasıdır.

Sammit çərçivəsində “Startup Battle” adlı startap yarışması da keçiriləcək. Qalib gələn startap layihələr Polşa və Azərbaycanda ödənişsiz akselerasiya və inkubasiya proqramı keçəcəklər.

“TechSummit” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin İnnovasiyalar və Texnologiyalar Agentliyi, Texnoloji Sahibkarlıq Birliyi və Polşanın İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi