Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirəcək Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
İKT
4 Dekabr , 2018 12:57
Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirəcək
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bunu “Report”a açıqlamasında Bakıda səfərdə olan İranın rabitə naziri Məhəmməd Cavad Cəhromi deyib.

Onun sözlərinə görə, Azərbaycana səfər etməkdə məqsədi təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əlaqələri genişləndirməkdir.

“Azərbaycan, Rusiya, Türkiyə və İranın nazirlərinin birgə iclası keçiriləcək. Türkmənistanda olarkən 4 nazir qərara gəlmişik ki, ölkələrimizin informasiya texnologiyaları və startaplar sahəsində əməkdaşlığını genişləndirək. Bu əməkdaşlıqda hədəfimiz daha böyük bazar əldə etməkdir. Bu gün “Bakutel-2018” sərgisi çərçivəsində görüş keçiriləcək və konkret təkliflərlə çıxış edəcəyik”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi