​Azərbaycan radiorabitə üzrə regional seminarda təmsil olunub

​Azərbaycan radiorabitə üzrə regional seminarda təmsil olunub Beynəlxalq seminar 5 gün davam edəcək
İKT
3 Mart , 2015 12:35
​Azərbaycan radiorabitə üzrə regional seminarda təmsil olunub

Bakı. 3 mart. REPORT.AZ/ Bişkek şəhərində (Qırğızıstan) Şərqi Avropa və MDB ölkələri üçün Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) radiorabitə üzrə regional seminarı işə başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsindən (DRİ) "Report"a verilən məlumata görə, seminarda iştirak etmək məqsədilə DRİ-nin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi Nizami Abdullayev Qırğızıstana ezam edilib.

Qeyd edək ki, radiorabitə üzrə regional seminar martın 6-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi