Azərbaycan qlobal internet reytinqində 58-ci yeri tutub

Azərbaycan qlobal internet reytinqində 58-ci yeri tutub Ölkədə 6 milyondan çox insanın internetə çıxış imkanı var
İKT
28 İyul , 2016 10:56
Azərbaycan qlobal internet reytinqində 58-ci yeri tutub

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan dünya ölkələri üzrə internet istifadəçilərinin sayına görə, 58-ci yeri tutub. "Report"un məlumatına görə, bu göstərici "Internet Live Stats" real zaman çərçivəsində hesablanan statistika layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, respublikada 6 mln.-dan çox insanın internetə çıxışı var, bu isə ölkə əhalisinin 61,1%-nə bərabərdir. Bu göstərici ötən ildən 1,2% (72 min) yüksəlib. Keçən il isə istifadəçilərin sayında artım 81 mindən artıq olub.

Reytinqə 721 mln. istifadəçi sayı ilə Çin liderlik edir. Daha sonra Hindistan (462 mln. internet istifadəçisi) və üçlüyü 287 mln. internet istifadəçisi ilə ABŞ tamamlayıb. Lakin üç lider ölkə arasında şəbəkədən istifadənin ən yüksək səviyyəsi ilə ABŞ seçilir.

MDB ölkələri arasında ən yüksək göstərici Rusiyaya məxsusdur. Qlobal reytinqdə altıncı sırada yerləşdirilən bu ölkədə ümumdünya "hörümçək" şəbəkəsinə vətəndaşların 102 mln.-dan çoxunun çıxışı var. Sıralamada Ukrayna (34), Özbəksitan (37), Qazaxıstan (43), Belarus (61) ardıcıllığı təşkil edir. Qırğızıstan, Tacikistan və Türkmənistan isə ilk yüzlüyə daxil ola bilməyib.

Son xəbərlər

Orphus sistemi