Azərbaycan poçt mübadiləsində elektron bəyannamələrin tətbiqinə hazırlaşır

Azərbaycan poçt mübadiləsində elektron bəyannamələrin tətbiqinə hazırlaşır Layihənin keçid versiyasının həyata keçirilməsi 2026-cı ilədək davam edəcək
İKT
9 Sentyabr , 2015 11:52
Azərbaycan poçt mübadiləsində elektron bəyannamələrin tətbiqinə hazırlaşır

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan gələn ildən etibarən poçt sahəsində yeni pilot layihəsinin icrasına başlayacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, gələn ildən ölkələr arasında poçt mübadiləsində elektron bəyannamələrinin istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlanacaq.

Layihə hazırda pilot şəklində Slovakiya, Belarus kimi ölkələrdə həyata keçirilir. Azərbaycanda pilot layihənin həyata keçirilməsi gələn ilə nəzərdə tutulur və 2016-cı il ərzində onun kommersiya istifadəsinə verilməsi mümkündür.

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqına (ÜPİ) üzv ölkələrdə eyni zamanda qlobal ödəniş sisteminin formalaşması istiqamətində tədbirlər görülür. İlkin mərhələdə sistemin son versiyasına keçid 2017-ci ilədək nəzərdə tutulurdu, lakin sonra sistemin mərhələlər üzrə tətbiqi ilə bağlı qərar qəbul edilib və layihənin keçid versiyasının həyata keçirilməsinin 2026-cı ilədək davam edəcəyi bildirilib.

Son versiyada poçt göndərişlərinə görə qiymətlər hər bir ölkənin xərclərini nəzərə alaraq, göndəriş və kiloqram üzrə hər bir ölkənin daxili tariflərinə uyğun hesablanır.

Son xəbərlər

Orphus sistemi