Azərbaycan və Özbəkistan arasında bir sıra sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında bir sıra sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib.
İKT
15 Oktyabr , 2019 12:48
Azərbaycan və Özbəkistan arasında bir sıra sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi