Yuxarı

Azərbaycan ​Nazirlər Kabineti elektron xidmət növlərinin siyahısına dəyişiklik edib

Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciət və sənədlər elektron qaydada qəbul olunacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib. "Report"un xəbərinə görə, dəyişiklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada həyata keçiriləcək.

Belə ki, “Elektron xidmət növlərinin Siyahısı”nın "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" bölməsində "sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" "uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" ilə əvəzlənib.

Bundan əlavə, sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulunun elektron qaydada aparılması ləğv edilib.

Qaydaya əsasən, xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətinin razılaşdırılması üçün müraciətin və sənədlərin qəbulu elektron formada olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi