Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları arasında arabağlantı ilə bağlı tətbiq olunan assimmetrik metod sadələşdiriləcək.
"Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Çalışırıq ki, mobil operatorların ara bağlantısında tətbiq olunan assimmetrik metoda yüngülləşdirmələr gətirək və gələcəkdə vahid tarifə çevirək".
Ə.Abbasov əlavə edib ki, bu sahədə arabağlantı tarifinin hazırkı 5 qəpikdən 2 qəpiyə endirilməsi ilə bağlı qərar qüvvədə olsa da, onun real tətbiqi müəyyən məsələlərin həlli ilə bağlıdır.
"Burada əsas odur ki, bu sektora "Azerfon"un yeni operator kimi daxil olması ilə əlaqədar olaraq operatorlar arasında əlaqələrdə assimetrik metod tətbiq olunub. Biz araşdırırıq ki, bu assimmetrik metoda hansı yüngülləşdirmələr gətirək və gələcəkdə vahid tarifə çevirək", - deyə nazir qeyd edib.