Azərbaycan Mərkəzi Bankı "GTSolutions"la müqavilə bağlayıb

Azərbaycan Mərkəzi Bankı "GTSolutions"la müqavilə bağlayıb Şirkət Mərkəzi Bankın avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasını həyata keçirəcək
İKT
16 Avqust , 2016 13:20
Azərbaycan Mərkəzi Bankı GTSolutionsla müqavilə bağlayıb

Bakı. 16 avqust. REPORT.AZ/ “GTSolutions” şirkəti Azərbaycan Mərkəzi Bankında (AMB) avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması, habelə Mərkəzi Bankın beynəlxalq ISO:27001:2013 standartları üzrə sertifikatlaşdırılması ilə bağlı tenderin qalibi elan olunub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, artıq həmin şirkətlə müvafiq satınalma müqavilələri imzalanıb.

Qeyd edək ki, AMB-də Menecment İnformasiya Sisteminin (MİS) yaradılması və "bir pəncərə" prinsipinə əsaslanan "e-CBAR" platformasının yaradılması üzrə texniki platforma tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 45 iş günü ərzində çatdırılmalı, avtomatlaşdırılmış informasiya sistemləri isə satınalma müqaviləsinin imzalandığı gündən ən geci 18 ay ərzində, Mərkəzi Bankın beynəlxalq ISO:27001:2013 standartları üzrə sertifikatlaşdırılması xidmətləri satınalma müqaviləsinin imzalandığı gündən ən geci 18 ay ərzində təhvil verilməlidir.

Son xəbərlər

Orphus sistemi