Yuxarı

​Azərbaycan kosmik nailiyyətlərini beynəlxalq sərgidə nümayiş etdirəcək

Ölkə “IBC-2015” də iştirak edəcək

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan “IBC-2015” beynəlxalq sərgi-konfransında özünə məxsus stendi ilə təmsil olunacaq. "Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Amsterdamın “RAI Exhibition and Convention Centre”də keçiriləcək tədbirdə milli peyk operatoru “Azerkosmos” ASC özünə məxsus stenddə ölkənin kosmik sahədə nailiyyətlərini nümayiş etdirəcək.

Sərgi sentyabrın 11-15-də, konfrans isə sentyabrın 10-14 tarixlərində keçiriləcək.

Tədbir çərçivəsində hər il kontent yaradan, idarəedən və təmin edən peşəkarlar Avropanın, Yaxın Şərqin və Latın Amerikasının ən son qlobal yeniliklərilə tanış olmaq imkanı əldə edirlər.

Tədbir iştirakçılarına ən son media məhsulları, qurğular, əlavə proqramlar, rəqəmli marketinq alətləri, sosial medialar, böyük həcmli məlumatlar, bulud servisləri və sərmayə qoyuluşu imkanları təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi