Azərbaycan internetin sürətinə görə TOP-100-ə düşə bilməyib

Azərbaycan internetin sürətinə görə TOP-100-ə düşə bilməyib Bakı. 26 dekabr. REPORT.AZ/ “Ookla Speedtest Global” təşkilatı bu ilin noyabr ayı üzrə internet sürətinə görə ölkələrin reytinqini hazırlayıb.
İKT
26 Dekabr , 2017 10:51
Azərbaycan internetin sürətinə görə TOP-100-ə düşə bilməyib

Bakı. 26 dekabr. REPORT.AZ/ “Ookla Speedtest Global” təşkilatı bu ilin noyabr ayı üzrə internet sürətinə görə ölkələrin reytinqini hazırlayıb.

“Report” xəbər verir ki, 10,81 Mbps orta sürətlə Azərbaycan ilk 100-lükdə yer almayıb və 102-ci yerdə qərarlaşıb.

Bununla belə, qeyd edilir ki, Azərbaycan təxminən ikiqat artıq - 19,82 Mbps mobil internet sürətinə sahibdir. Bu isə qlobal orta sürətə (20,28 Mbps) yaxındır.

Ən sürətli genişzolaqlı internetə Sinqapur (153,85 Mbps), mobil internetin sürətinə isə Norveç (62,66 Mbps) malikdir.

Gürcüstanda internetin sürəti 19,82 Mbps, Ukraynada 34,70 Mbps, Belarusda 27,26 Mbps təşkil edir.

İnkişaf etməkdə olan Avropa ölkələrindən Rumıniya 104,46 Mbps orta sürətlə 5-ci, Macarıstan 92,47 Mbps sürətlə 6-ci, Litva isə 75,94 Mbps sürətlə 11-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi