Azərbaycan İT-mütəxəssislərin ən çox səfər etdikləri ölkələr sırasındadır

Azərbaycan İT-mütəxəssislərin ən çox səfər etdikləri ölkələr sırasındadır Bu sahənin nümayəndələrinin ezamiyyətlərinin sayı 22% artıb
İKT
19 Sentyabr , 2016 16:24
Azərbaycan İT-mütəxəssislərin ən çox səfər etdikləri ölkələr sırasındadır

Bakı. 19 sentyabr.REPORT.AZ/ Dünyada qlobal maliyyə böhranı yaşansa da, işgüzar səfərlərin sayında artım tendensiyası müşahidə edilir. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İT-sahəsində çalışan nümayəndələrin ezamiyyətlərinin sayı 22% yüksəlib. Belə səfərlərin əsas istiqamətləri Azərbaycan, Belarus və Qazaxıstandır.

Bu nəticəyə işgüzar turizm bazarının lideri olan "Aeroklub" şirkətlər qrupu (ŞQ) Rusiya və əcnəbi korporasiyaların işgüzar səfərlərini təhlil edərkən gəlib. ŞQ son bir neçə ildə Rusiya və ona yaxın ölkələr arasında işgüzar fəaliyyətin necə dəyişdiyini müəyyənləşdirib.

Bu təhlillər nəticəsində məlum olub ki, işgüzar turistlər üçün yenə də Qazaxıstan, Ukrayna və Özbəkistan daha çox maraq kəsb edir. Belarus isə üçüncü ildir bron edilmiş aviabiletlərin sayına görə 4-cüdür. Region ölkələrinin bu kateqoriya üzrə beşliyini bu il Gürcüstan tamamlayır. Ötən illə müqayisədə Gürcüstana uçuşlara olan tələbat 59% artıb. Bu ölkəyə uçuşların sayı əsasən əczaçılıq, İT və gündəlik tələbat malları (FMCG) şirkətlərinin əməkdaşları hesabına yüksəlib. Qeyd edək ki, əvvəlki bir neçə ildə bu pillədə Azərbaycan öz mövqeyini qətiyyətlə saxlayırdı.

ŞQ-nin analitikləri qeyd edirlər ki, Ukrayna ilə birbaşa aviaəlaqənin kəsilməsinə baxmayaraq, bu ölkəyə işgüzar səfərlər xeyli artıb. Xüsusən Kiyevə uçuşlar ötən ilin payız mövsümü ilə müqayisədə təqribən üç dəfə artıb. Ukrayna üzrə biznes-səfərlərə olan böyük tələbat neft sənayesi şirkətlərinin nümayəndələri hesabına təmin olunub, burada isə səfərlərin böyük hissəsi FMCG şirkətlərinin əməkdaşlarının payına düşüb. Bununla belə, ölkəyə aviabiletlərin qiyməti üç dəfə artıb. 

Son xəbərlər

Orphus sistemi