Yuxarı
    Bağlamaq

    Azərbaycan İpoteka Fondunun tenderi baş tutmayıb

    Tenderdə iştirak etmək üçün təklif vermiş iddiaçıların sayı 3-dən az olub

    Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan İpoteka Fondu (AİF) rəsmi vebsaytında illik texniki və tərcümə işlərinin satın alınması üçün elan etdiyi tenderin baş tutmadığını elan edib. Bu barədə "Report"a qurumun Satınalmalar Komissiyasından məlumat verilib.

    Məlumata görə, elan edilmiş təkliflər sorğusu "Dövlət satınalmaları haqqında" qanunun 11.1-ci bəndinə müvafiq olaraq baş tutmamış elan edilib.

    Xatırladaq ki, qanunun 11.1-ci bəndində tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı 3-dən az olduqda satınalan təşkilatın tenderin davamından imtina etməli olduğu və bunu 5 bank günü ərzində elan etməli olduğu deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi