​Azərbaycan İKT sahəsində təcrübəsini İraqla bölüşəcək

​Azərbaycan İKT sahəsində təcrübəsini İraqla bölüşəcək Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri İraq səfiri ilə görüşüb
İKT
12 Avqust , 2015 11:35
​Azərbaycan İKT sahəsində təcrübəsini İraqla bölüşəcək

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İraqın fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb.

“Report” Nazirliyin məlumatına istinadən bildirir ki, Ə.Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində iqtisadi, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqamətinin də prioritet əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir ölkələr arasında bu sahədə yaranan əlaqələrin hazırda yeni müstəviyə qədəm qoyduğunu, aparılan danışıqların məntiqi nəticəsi olaraq, tərəflər arasında yeni əməkdaşlıq istiqamətləri üzrə imkanların daha da gücləndirilməsinə qarşılıqlı marağın olduğunu və Azərbaycanın bu istiqamətdə İraqla öz təcrübəsini paylaşmağa hazır olduğunu vurğulayıb.

Tərəflər arasında bütün sahələrdə yaxın dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir hər iki ölkənin tarixi köklərində ümumi cəhətlərin olduğunu bildirib.

Görüşdə Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın II iclasının cari ilin sonunadək Bağdad şəhərində keçirilməsi müzakirə edilib, həmçinin yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi