Yuxarı
    Bağlamaq

    Azərbaycan İKT sahəsində dənizə çıxışı olmayan 32 ölkə arasında lider olub

    Bakıda BMT-də dənizə çıxışı olmayan ölkələr üzrə Beynəlxalq Analitik Mərkəzin nümayəndələri ilə görüş keçirilib

    Bakı. 24 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzində (MHM) BMT nəzdində dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələr üzrə Beynəlxalq Analitik Mərkəzin nümayəndələri ilə görüş keçirilib.

    MHM-dən "Report"a daxil olan məlumata görə, görüşün keçirilməsində məqsəd Azərbaycanın İKT sahəsində qabaqcıl ölkə olaraq əldə etdiyi nailiyyətlər əsasında hazırlanan elmi-tədqiqat xarakterli hesabatı mərkəzə üzv olan digər ölkələr arasında paylaşmaqdır. Görüş zamanı elektron hökumət, elektron imza, elektron təhlükəsizlik və ümumiyyətlə, elektron quruculuq mövzusunda geniş müzakirələr aparılıb. 

    Qeyd edək ki, BMT-nin araşdırmalarına əsasən, Azərbaycan dənizə çıxışı olmayan 32 ölkə arasında İKT sahəsində 1-ci yerdə qərarlaşıb.

    Beynəlxalq Analitik Mərkəzinin Monqolustandan olan nümayəndəsi Sansar Sosarbaramın sözlərinə görə, aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Azərbaycanda İKT sahəsində davamlı olaraq uğurlu layihələr həyata keçirilir.

    Mərkəzin Sinqapurdan olan nümayəndəsi Barney Tan belə hesabat xarakterli görüşlərin əhəmiyyətini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi