Azərbaycan "Global Innovation Index 2016"da 85-ci yeri tutub

Azərbaycan "Global Innovation Index 2016"da 85-ci yeri tutub Analoji ötən ilki hesabatda isə Azərbaycan 93-cü yerdə olub
İKT
16 Avqust , 2016 16:14
Azərbaycan Global Innovation Index 2016da 85-ci yeri tutub

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan "Global Innovation Index 2016" hesabatında 128 ölkə arasında 85-ci yeri tutub. 

"Report" xəbər verir ki, hesabata əsasən siyahıda ilk onluqda İsveçrə, İsveç, Böyük Britaniya, ABŞ, Finlandiya, Sinqapur, İrlandiya, Danimarka, Niderland və Almaniya yer alıb.

İran siyahıda 78, Gürcüstan 64, Ermənistan 60, Rusiya 43-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan ötən ilki hesabatda 141 ölkə arasında 93-cü yerdə olub.

Hesabat 2008-ci ildən yayımlanır, "Global Innovation Index", "INSEAD Business School", "Jhonson University of Cornell" və WIPO (World Intellectual Property Organization) tərəfindən aparılan çalışmadır.

Azərbaycanla bağlı daha ətraflı məlumatı www.globalinnovationindex.org/gii-2016-report# linkinə daxil olaraq əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi