Yuxarı

​Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv olub

Təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılmasını asanlaşdırır və sürətləndirir

Bakı. 6 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (CERT) kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən FİRST beynəlxalq təşkilatına tamhüquqlu üzv seçilib. 

CERT-dən "Report"a daxil olan məlumata görə, dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin (CERT) əməkdaşlığını asanlaşdımaq məqsədilə yaradılan FİRST beynəlxalq təşkilatına kompüter təhlükəsizlik insidentlərinin həlli yönündə fəaliyyət göstərir.

Bu üzvlük Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsinə imkan yaradacaq. Təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılmasını asanlaşdırır və sürətləndirir.

FİRST hər il müxtəlif ölkələrdə kompüter insidentlərinin işlənməsi mövzusunda konfranslar və tədbirlər keçirir. Burada üzv və qeyri-üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır.

Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi