Azərbaycan dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulub

Azərbaycan dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulub Bu ilin qalib ölkəsi növbəti il "Grand Finale"a ev sahibliyi edəcək
İKT
16 May , 2017 15:44
Azərbaycan dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulub

Bakı. 16 may. REPORT.AZ/ "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq layihəyə öz töhfəsini verir. Mərkəz bu dəfə 37 ölkənin iştirak etdiyi dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan "ClimateLaunchpad" layihəsinin “Bürünc sponsor”u qismində çıxış edir.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, Azərbaycanın ilk dəfə qatıldığı bu layihə öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir.

May ayından etibarən avqust ayında keçiriləcək ölkə finalına hazırlıq məqsədilə Azərbaycandan seçilən 14 komandaya intensiv təlim proqramları təşkil edilib. Təlim proqramları "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan Azərbaycana proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Westerhof və lokal təlimçilər tərəfindən keçirilir. Təlim zamanı iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər. İki günlük "bootcamp" bitdikdən sonra komandalar 14 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayacaqlar. Burada komandalar yerli ekspertlər tərəfindən "ClimateLaunchpad"in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək və özlərini ölkə finalına hazırlayacaqlar.

Ölkədaxili koçinq sessiyalarından sonra komandalar "ClimateLaunchpad"in də təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və "Grand Finale"a vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 37 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2017-ci ilin oktyabr ayında keçiriləcək "Grand Finale"a vəsiqə qazanacaqlar və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. "Grand Finale"da ilk 10 yeri tutan startup layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.

Bundan əlavə isə, "Grand Finale"da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar. I yer: € 10,000 avro, II yer: € 5,000 avro, III yer: € 2,500 avro əldə edəcək.

Bu ilin qalib ölkəsi növbəti il "Grand Finale"a ev sahibliyi edəcək. 

Son xəbərlər

Orphus sistemi