Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa həsr olunmuş marka buraxıb

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa həsr olunmuş marka buraxıb Bu poçt markası 25 min ədəd tirajla buraxılacaq və bütün dünyada yayılacaq
İKT
19 Sentyabr , 2017 11:18
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa həsr olunmuş marka buraxıb
Report/ Elshan Baba

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Azərmarka" şirkəti Azərbaycanın Dünya Bankı (DB) ilə əməkdaşlığı əks etdirən poçt markasının nəşrinə başlayıb. Bununla əlaqədar bu gün Bakıda həmin markanın basılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, basılma Azərbaycanın baş nazirinin müavini Abid Şərifov və DB-nin Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon tərəfindən həyata keçirilib. Bu marka 25 min ədəd tirajla buraxılacaq və bütün dünyada yayılacaq. 

Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə xatırladıb ki, bu il 25 illiyi qeyd olunan əməkdaşlığın 20-ci ildönümü zamanı da müvafiq marka buraxılıb: "Bu marka Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı tərənnnüm edən simvol kimi tanınacaq".

"DB ilə əməkdaşlıq çərçivəsində rabitə sahəsində 2005-ci ildə əhalinin bank və maliyyə xidmətlərinə çıxışının artırlması üçün "Azərpoçt"a maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı layihəyə başlanılıb. Bank bu layihəni müsbət nümunə olaraq dünya ölkələrinə yayır", - deyə E.Vəlizadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi