Yuxarı

​Azərbaycan dövlət rabitə müəssisələrinin sanasiyasına başlayır

Nazir Əli Abbasov: Əsas hədəf rabitə müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılmasıdır

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi məqsədi ilə həmin obyektlərin tərəfdaş konsaltinq şirkətlərinin iştirakı ilə qiymətləndirilməsi aparılıb.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib: "Məsləhətçi şirkətlərlə iş aparmışıq, ən əsası onların qiymətləndirilməsi, tövsiyələrin hazırlanmasıdır ki, biz bunun hamısını həyata keçirmişik".

Nazir 2015-ci il üçün nəzərdə tutulan əsas işlərdən birinin də bu istiqamətdə təşkilati tədbirlərin həyata keçirilməsi olduğunu bildirib: "Nazirliyin əsas hədəfi rabitə müəssisələrinin özəlləşdirilməsi deyil, onların özəlləşdirməqabağı sağlamlaşdırılması, yeni struktura və səhmdar cəmiyyətə çevrilməsi məsələsini həll etməkdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi