Yuxarı

Azərbaycan Davos Kommunikasiya Forumunda iştirak etməyəcək

RYTN əməkdaşı: Həmin forum yüksək səviyyəli forum deyil

Bakı. 25 avqust. REPORT.AZ/ Sentyabrın 4-də “AGAMA communications group” və GROU agentliyinin birgə təşkilatçılığı ilə Kiyevdə Davos Kommunikasiya Forumu (“WCFDavos Kyiv 2015”) keçiriləcək.

“Report“ xəbər verir ki, "WCFDavos Kyiv 2015” forumun ikinci illik iclasının “Yeni kommunikasiyalar: ölkə, biznes, mətbuat və cəmiyyət” mövzusu çərçivəsində tədbir iştirakçıları növbəti məsələləri müzakirə edəcək: “Kommunikasiyalar ölkə hökuməti, dövlət, biznes dairələri, həmçinin müxtəlif cəmiyyət qrupları arasında qarşılıqlı anlaşmanı necə inkişaf etdirir?”, “Məhsuldar dialoq üçün əsas element nədir?”, “Texnoloji inkişaf, sosial və digər müasir dəyişikliklər kommunikasiyaya necə təsir edir?”.

Sözügedən foruma Azərbaycandan nümayədələr də dəvət olunub, lakin Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, forumda heç nir nümayəndə iştirak etməyəcək. Nazirliyin əməkdaşı bildirib ki, məsələyə nazirlikdə baxılıb və yüksək səviyyəli forum olmadığına görə orda iştirak etməmək qərarı alınıb: "Müzakirə olunan məsələlər birbaşa nazirliyin maraqlarına aid deyil”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi