​Azərbaycan BTİ-nin 150 illiyinə həsr olunan tədbirlərdə təşkilatın Qızıl Tərəfdaşı kimi çıxış edəcək

​Azərbaycan BTİ-nin 150 illiyinə həsr olunan tədbirlərdə təşkilatın Qızıl Tərəfdaşı kimi çıxış edəcək Yubiley tədbirində yüksəksəviyyəli alimlər, rəhbər işçilər, şirkət və təşkilat rəhbərlikləri iştirak edəcəklər
İKT
2 May , 2015 15:26
​Azərbaycan BTİ-nin 150 illiyinə həsr olunan tədbirlərdə təşkilatın Qızıl Tərəfdaşı kimi çıxış edəcək

Bakı. 2 may. REPORT.AZ/Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 17-də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədə keçiriləcək 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

"Report" Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirin açılışında nazir Əli Abbasov BTİ-nin Qızıl Tərəfdaşı olan ölkənin rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edərək, Azərbaycanın təşkilatla uzun illər ərzində səmərəli əməkdaşlığından bəhs edəcək.

Qeyd edək ki, BTİ-nin 150 illiyi ilə bağlı bu il ərzində təşkilata üzv olan ölkələrdə hər ay bir mövzuya həsr olunmuş tədbirlər keçiriləcək. Bu silsilədə may ayı "İKT-də innovasiyaların aparıcı rolu"na həsr olunur və bununla bağlı mayın 12-22-də BTİ-nin Rəhbərlər Şurasının görüşü çərçivəsində tədbirlər keçiriləcək.

Eyni zamanda, Əlcəzairdə, Banqladeşdə, Belarusda, Hindistanda, Moldovada, Namibiyada, Niderlandda, Pakistanda, İspaniyada, Ukraynada və digər ölkələrdə bu mövzuda tədbirlər təşkil olunacaq. Azərbaycanda isə aprel ayında "Qadınların İKT-də rolu" mövzusunda konfrans baş tutub.

Yubiley tədbiri çərçivəsində İKT sahəsində fəaliyyət göstərən bir sıra yüksəksəviyyəli alimlərin, rəhbər işçilərin, şirkət və təşkilat rəhbərliklərinin çıxışları gözlənilir.

Son xəbərlər

Orphus sistemi