Azərbaycanda korporativ sahədə kibertəhlükələr iki dəfə artıb

Azərbaycanda korporativ sahədə kibertəhlükələr iki dəfə artıb Yarım il ərzində Azərbaycanda hər korporativ kompüter orta hesabla 5 zərərverici proqram təminatı tərəfindən hücumuna məruz qalır
İKT
20 İyul , 2016 12:16
Azərbaycanda korporativ sahədə kibertəhlükələr iki dəfə artıb

Bakı. 20 iyul. REPORT.AZ/ Yarım il ərzində Azərbaycanda hər korporativ kompüter orta hesabla 5 zərərverici proqram təminatı tərəfindən hücumuna məruz qalır. "Report" xəbər verir ki, bu barədə məlumatları “Kaspersky Lab” şirkəti biznes istifadəçilərin 2016-cı ilin ilk altı ayı ərzində qarşılaşdığı təhlükələrə dair daxili statistikaya əsasən yayıb. Qeyd etmək lazımdır ki, keçən ilin eyni dövrü ərzində bu göstərici iki dəfə az idi.

"Kaspersky Lab” tərəfindən keçirilmiş tədqiqat göstərib ki, kibercinayətlər nəticəsində dünya üzrə şirkətlərin 48%-i biznes üçün olduqca əhəmiyyətli məlumatları itirib:

"Lakin, hazırda bizneslər üçün ən böyük təhlükə zərərverici proqram təminatı istifadə olunmadan həyata keçirilə bilən məqsədyönlü hücumlardır. Bu hücumların ənənəvi kiberhücumlardan əsas fərqi onların hər şirkət üçün xüsusi hazırlanması və ənənəvi müdafiə vasitələri üçün maksimal dərəcədə görünməz olmasıdır. Belə hücumlar zamanı cinayətkarların adətən əsas məqsədi şirkətin ən qiymətli və məxfi məlumatları olur".

Tədqiqatın nəticələrinə əsasən, şirkətlərin 32%-i hesab edir ki, onların İT-infrastrukturuna məqsədyönlü hücum təşkil olunub. Energetika, inşaat, sənaye, telekommunikasiya, nəqliyyat, müdafiə sənayesi kimi mühüm sektorlarda çalışan şirkətlərin 35%-nin hücumlara məruz qalması faktı mütəxəssislərin xüsusi narahatçılığını doğurur. Bu tipli obyektlərə yönəlmiş hücumlar nəinki şirkətlərin özünə ziyan verir, həmçinin regional və federal infrastrukturun normal fəaliyyətini riskə atır.

“Hər hansı bir kibercinayət biznes üçün neqativ nəticələr gətirir. Bu hal həm nüfuza zərər verir, həm də vacib məlumatların itkisi, biznes-proseslərin sıradan çıxması, istehsalın dayandırılmasına səbəb olur. Məqsədyönlü hücumlar nəticəsində isə şirkətlər sənaye kibercasusluğunun qurbanları ola bilərlər və beləliklə, ən qiymətli aktivlərini: əqli mülkiyyət, müasir işləmələr və müqavilələr haqda məlumatları itirə bilərlər. Bundan başqa, şəhərin elektrik enerjisi ilə təmin olunmasının sıradan çıxması kimi bəzi hallarda sənaye obyektlərinə məqsədyönlü hücumlar avadanlığın fiziki zədəsinə gətirib yaxud regionun normal fəaliyyətini riskə atırdı”, - deyərək “Kaspersky Lab”ın antiviruslar üzrə baş mütəxəssisi Aleksandr Qostev qeyd edib.

Kaspersky Lab” şirkəti infrastruktura yönəlmiş məqsədyönlü hücumları ilkin mərhələlərdə aşkar etməyə kömək edən və cinayətkarlara müqavimət üçün sürətli şəkildə lazımlı tədbirləri görməyə imkan yaradan “Kaspersky Anti Targeted Attack Platform” platformasını hazırlayıb.

Son xəbərlər

Orphus sistemi