Yuxarı
    Bağlamaq

    "Azərkosmos" yeni türk telekanallarının yayımına başlayıb

    Azərbaycanın Azərkosmosmilli peyk operatoru ölkənin ilk telekommunikasiya peyki Azerspace-1

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Azərkosmos" milli peyk operatoru ölkənin ilk telekommunikasiya peyki "Azerspace-1" üzərindən yeni türk telekanallarının yayımına başlayıb.

    "Azərkosmos"dan "Report"a verilən məlumata əsasən, hazırda "Azerspace-1" üzərindən 11046-H (EU) tezliyində Türkiyənin "Kanal D", "Star TV", "TV 8", "ATV", "Show TV" kanalları yayımlanır.

    Qeyd edək ki, hazırda "Azerspace-1" üzərindən yerli "Azərkosmos" və "Teleradio" yayım paketləri ilə yanaşı, "İveriaSat", "UkrKosmos", "Əfqan", "USA" yayım paketləri vasitəsi ilə 126 telekanal yayımlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi