Yuxarı
    Bağlamaq

    ​Azərkosmos 49 min manatlıq müqavilə imzalayıb

    Azərkosmos Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb

    Bakı. 4 sentyabr. REPORT.AZ / Azərbaycan Milli Peyk Operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, müqavilələr "Bestcomp Group" və "Maybo" yerli şirkətləri ilə bağlanılıb.

    "Bestcomp Group" şirkəti ilə imzalanan müqavilə "Azərkosmos"un kompüter və kompüter avadanlıqları ilə təchiz edilməsini nəzərdə tutur.

    "Azərkosmos"un "Maybo" şirkəti ilə bağladığı müqavilə əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerüstü sistemləri üçün ehtiyat avadanlıqlarının satın alınmasını ehtiva edir.

    Qeyd edək ki, müqavilənin ümumi dəyəri 49 min manat civarındadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi