Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda rabitə xidmətləri üzrə güzəşt kampaniyaları keçiriləcək

    Azərbaycanda əhaliyə göstərilən rabitə xidmətləri üzrə güzəşt kampaniyalarının keçirilməsi planlaşdırılır

    Bakı. 24 sentyabr.REPORT.AZ/ Azərbaycanda əhaliyə göstərilən rabitə xidmətləri üzrə güzəşt kampaniyalarının keçirilməsi planlaşdırılır.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, bu ilin noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kapmaniyalarının təşkil olunması nəzərdə tutulur.

    Bu, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən təsdiqlənən rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planında əksini tapıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi