Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılması üçün tender keçirilir

    Tenderdə informasiya sistemlərinin yaradılması sahəsində təcrübəsi olan şirkətlər dəvət olunur

    Bakı. 3 sentyabr.REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin yaradılması xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, tenderdə proqram təminatının tərtibi, tətbiqi və idarə edilməsi, rəqəmsal məkan məlumat bazasının yaradılması və inteqrasiyası, GIS proqram təminatının hazırlanması və tətbiqi, İnteqrasiya edilmiş İdarəetmə və Nəzarət Sisteminin (IACS) prinsiplərinə əsaslanan informasiya sistemlərinin yaradılması və bu sahələrdə təcrübəli mütəxəssislərə malik olan hüquqi şəxslər iştirak edə bilərlər.

    İddiaçılar Azərbaycan dilində tərtib olunmuş (texniki tapşırığın İngilis dilində tərcüməsi mövcuddur) tenderin əsas şərtlər toplusunu Kənd Təsərrüfatı Nazirliyinə tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və Nazirliyin hesabına iştirak haqqı kimi 500 manat məbləğində geri qaytarılmayan vəsaiti ödədikdən sonra əldə edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi