Yuxarı
    Bağlamaq

    Azərbaycanda elektron imzanın sayı 23 minə yaxın olub

    Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 2 956 ədədə çatıb

    Bakı.9 sentyabr. REPORT.AZ / Azərbaycanda avqustun 31-nə qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 22 845 ədəd olub.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, statistik göstərici “Elektron hökumət” bülleteninin sentyabr buraxılışında əksini tapıb.

    Dövlət qurumlarına 14 490 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 2 956 ədədə çatıb. Vətəndaşlar isə 5 399 sertifikat əldə ediblər.

    Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi