Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha iki İT şirkətinə güzəştli kredit verilib

    “GoldenPay” və “Enginet” şirkətlərinə ümumilikdə 900 min manat kredit ayrılıb

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTDF) tərəfindən müvəkkil banklar vasitəsi ilə daha iki şirkətə güzəştli kredit təqdim olunub.

    Nazirlikdən "Report"a verilən məlumata görə, İTDF xətti ilə “GoldenPay” və “Enginet” şirkətlərinə kreditlər ayrılıb.

    Belə ki, “GoldenPay” şirkətinə onlayn ödəniş sisteminin inkişafı üçün “Paşa Bank” ASC tərəfindən 400 min manat həcmində güzəştli kredit verilib. “Enginet” şirkətinə isə "Bank Respublika" tərəfindən internet xidmətlərinin təşkili və müasir texnologiyaların tətbiqi ilə şəbəkənin genişləndirilməsi üçün 500 min manat həcmində güzəştli kredit ayrılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi