Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və Albaniya İKT sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəlib

    Bu məqsədlə iki ölkə arasında anlaşma memorandumu imzalanacaq

    Bakı. 26 sentyabr.REPORT.AZ/ Albaniya ilə Azərbaycanarasında rabitə və yüksək texnologiyalar sahəsində hüquqi bazanın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması məsələsinin müzakirə edilməsi qərara alınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, bunu Albaniyanın innovasiya və dövlət idarəçiliyi naziri xanım Milena Harito Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Bakıda keçirdiyi görüşdə bildirib.

    Nazir Ə.Abbsov albaniyalı həmkarını iki ölkə arasında münasibətləri daha da genişləndirmək məqsədilə bu ilin dekabrın 2-5-də keçiriləcək "Bakutel-2014" beynəxalq İKT sərgi-konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya İqtisadi Forumu və Azərbaycan hökümətinin iştirakı ilə reallaşacaq "Əşyaların İnterneti" beynəlxalq tədbirinin Nazirlər Konfransına dəvət edib.

    M.Harito ölkəsinə qayıtdıqdan sonra yerli İT şirkətlərini "Bakutel" sərgi-konfransında iştirakla bağlı məlumatlandıracağını deyib.

    Görüşdə M.Haritonun Azərbaycana növbəti səfərində iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində hüquqi bazanın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması məsələsinin müzakirə edilməsi qərara alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi