Yuxarı
    Bağlamaq

    Azərbaycan Regional Rabitə Birliyinin Helsinkidə keçiriləcək iclasında iştirak edəcək

    Bakı. 15 avqust.REPORT.AZ/ Oktyabrın 8-9 -da Helsinkidə (Finlandiya) Regional Rabitə Birliyinin (RRB) İnfokommunikasiyalar üzrə Komissiyası...

    Bakı. 15 avqust.REPORT.AZ/ Oktyabrın 8-9-da Helsinkidə (Finlandiya) Regional Rabitə Birliyinin (RRB) İnfokommunikasiyalar üzrə Komissiyasının birgə iclasları keçiriləcək.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, tədbir çərçivəsində "RIPE NNC" şirkətinin RRB-nin İnfokommunikasiya Rabitə Operatorlar Şurasına daxil olması, MDB ölkələrində informasiya cəmiyyətinin inkişafı sahəsində əməkdaşlıq strategiyasının həyata keçirilməsi üzrə 2015-ci ilədək olan dövrü əhatə edən tədbirlər planı müzakirə ediləcək.

    Bununla yanaşı, iştirakçılar MDB ölkələrində internet şəbəkəsi əsasında transsərhəd məkanının formalaşdırılması, qarşılıqlı fəaliyyət göstərən rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi üzrə İşçi Qrupunun təklifləri, saxtakarlıqla mübarizə sahəsində operatorların birgə fəaliyyəti memorandumun hazırlanması, RRB-yə üzv ölkələrin "IPv6" protokoluna keçidlə bağlı təklifləri, "IP" protokolu üzərindən işləyən beynəlxalq servislərin fəaliyyətinin tənzimlənməsi imkanları və bir sıra digər məsələlər müzakirə olunacaq.

    Qeyd edək ki, tədbirdə Azərbaycanı RYTN və Nazirliyin "Aztelekom" İstehsalat Birliyinin mütəxəssisləri təmsil edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi