Yuxarı
    Bağlamaq

    Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi yeni sertifikasiya auditindən keçib

    Sertifikasiya informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə aparılıb

    Bakı. 29 avqust.REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə ISO/IEC 27001:2005 beynəlxalq standartın tələblərinə uyğun növbəti sertifikasiya auditindən keçib.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, MHM respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət müəssisəsi olub.

    Mərkəzin vətəndaşlar, dövlət orqanları və hüquqi şəxslərə elektron imza üçün təkmil sertifikatların verilməsi, sertifikatların idarə olunması - yaradılması, yenilənməsi, dayandırılması və ləğv edilməsi, vaxt göstəricilərinin qeyd edilməsi üzrə fəaliyyət sahələri bu standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb. Setifikat 2017-ci ilin avqust ayına qədər qüvvədədir. Təkrar sertifikatlaşdırma auditinin 2017-ci il 24 iyun tarixinə qədər həyata keçirilməsi nəzərdə tutulur. MHM bu sertifikatı əldə etdikdən sonra növbəti addım kimi, Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) dünyada sertifikat xidmətləri göstərən mərkəzlərin inanılmış siyahısına (trusted list) daxil edilməsi istiqamətində işlərini davam etdirəcək.

    Qeyd edək ki, MHM-in sertifikatlaşdırılması Böyük Britaniyanın UKAS akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin SGS şirkəti tərəfindən yerinə yetirilib. Müstəqil ekspertizalar həyata keçirən şirkət sertifikatlaşdırma sahəsində dünya lideri hesab edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi