Yuxarı
    Bağlamaq

    I Avropa Oyunlarında radioəlaqəni təmin etmək üçün 5 min avadanlıq cəlb olunub

    ​Avropa Oyunlarında işçi qruplar arasında yüksək keyfiyyətli əlaqə yaradılacaq

    Bakı. 11 iyun.REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında işçi qruplar arasında əlaqəni problemsiz, sürətli və təhlükəsiz təmin edəcək sistem yaradılıb. "Report"un verdiyi xəbərə görə, bu barədə BEGOC-un Radioəlaqələr üzrə meneceri Mark Qrin-Sims (Mark Green-Sims) məlumat verib. O bildirib ki, Oyunlar zamanı işçi qruplar arasında əlaqəni təmin etmək üçün ümumilikdə "Motorola" tərəfindən 5 min avadanlıq - radiostansiya gətirilib. 

    "Oyunlarda hər birinin vəzifəsi fərqli olan çoxlu işçi qruplar var. Radiokommunikasiya həmin işçi qruplar arasında əlaqəni təmin edəcək", - Mark Qrin-Sims deyib. 

    Onun sözlərinə görə, Oyunlar zamanı həm mobil, həm də stasionar radiostansiyalardan istifadə olunacaq. Menecer bildirib ki, Oyunlarda qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün bütün radiostansiyalar hazırdır.

    Menecer həmçinin avadanlıqların GPRS-lə təmin edildiyini və ona görə də həmin avadanlıqlara nəzarətin mümkün olduğunu söyləyib. O, həmçinin avadanlıqlardan istifadə üçün treninqlər keçirildiyini deyib. Çünki insanların əksəriyyəti bunu ilk dəfə görür.

    Radioəlaqələr üzrə menecer həmçinin Oyunlar zamanı əlaqə üçün lazımi aksesuarların da hazır vəziyyətdə olduğunu deyib. O, "Motorola" aksesuarlarının seçimində dayanmalarını bu aksesuarların böyük Oyunların tələbinə cavab verməsi ilə izah edib.

    "Oyunlar zamanı həmçinin "Motorola" qulaqcıqlarından istifadə oluncaq. Həmin qulaqcıqlar hətta ən güclü səs-küydə belə səsi aydın eşitməyə imkan verir", - menecer qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi