Yuxarı

Avropa Komissiyası “Google”u cərimələyib

​Avropa Komissiyası “Google”u cərimələyib

Avropa Komissiyası “Google” şirkətini rekord məbləğdə - 1,49 milyard avro cərimələyib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, cərimə “Google”un Avropa İttifaqının antiinhisar qanunvericiliyinin qaydalarını pozması, eləcə də onlayn reklam bazarındakı vəziyyətdən sui-istifadəyə yol verməsi ilə bağlıdır.

Xatırladaq ki, bir qədər əvvəl “Google” üçün cərimənin 13 milyard dollara qədər olacağı deyilirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi