"​Asan imza" vasitəsilə bu günə qədər 10 milyonadək əməliyyat aparılıb

"​Asan imza" vasitəsilə bu günə qədər 10 milyonadək əməliyyat aparılıb "VTB Bank Azərbaycan" özünün daxili elektron sənəd dövriyyəsi sistemində "Asan imza"nı tətbiq edən ilk bankdır
İKT
10 Fevral , 2016 19:56
​Asan imza vasitəsilə bu günə qədər 10 milyonadək əməliyyat aparılıb

Bakı. 10 fevral. REPORT.AZ/ "Asan imza" vasitəsilə bu günə qədər 10 mln.-a qədər əməliyyat aparılıb. Ölkədə 450-yə qədər dövlət və özəl sektordan olan xidmətlərə müraciət etmək mümkündür. "Report" xəbər verir ki, bunu V Vergi Forumunda çıxış edən Estoniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Yana Krimpe deyib.

Onun sözlərinə görə, bank, sığorta və ödəniş portalları sektorunda bu sistem daha çox istifadə edilir:
"VTB Bank Azərbaycan" özünün daxili elektron sənəd dövriyyəsi sistemində "Asan imza"nı tətbiq edən ilk bankdır. Son iki il müddətində ən çox "Asan imza" "Yapı Kredi Bank Azərbaycan"ın xidmətlərinə müraciət edildiyi zaman istifadə edilib. İlk onluqda digər yerləri Hesab.az portalı, "Atabank", "Bank Respublika", "Access Bank", "Bank of Baku", "Paşa Həyat Sığorta", "Kapital Bank", "Paşa Bank", e-pul ödəmə sistemi və "VTB Bank Azərbaycan" tutur".

"Mobil imza" ilə bağlı da fikirlərini bölüşən Y.Krimper deyib ki, "Mobil imza"dan istifadə ÜDM-ə 2%-ə qədər qənaət edilməsinə şərait yaradır.

Son xəbərlər

Orphus sistemi