“Asan İmza”Rusiyada keçirilən “PKI-Forum 2016” müsabiqəsinin qalibi seçilib

“Asan İmza”Rusiyada keçirilən “PKI-Forum 2016” müsabiqəsinin qalibi seçilib Konfransda 300-dən çox nümayəndə iştirak edir
İKT
15 Sentyabr , 2016 19:49
“Asan İmza”Rusiyada keçirilən “PKI-Forum 2016” müsabiqəsinin qalibi seçilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyası hazırda Sankt-Peterburq şəhərində keçirilən “PKI-Forum 2016” beynəlxalq konfransı çərçivəsində baş tutan açıq açar infrastrukturuna dair müsabiqədə birinci yerə layiq görülüb.

“B.EST Solutions” şirkətindən “Report”a verilən məlumata görə, şirkət tərəfindən müsabiqəyə təqdim edilən “Asan İmza” texnologiyası digər ölkələrin analoji rəqəmsal identitet həlləri sırasından seçilərək müsabiqənin “Açıq açar infrastrukturu (PKI) texnologiyasının inkişafında mühüm töhfəyə görə” nominasiyasında qalib gəlib.

Müsabiqə qalibinin mükafatı və diplomu mükafatlandırma mərasimində iştirak edən “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpeyə Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq Borisoviç Pak tərəfindən təqdim edilib.

“İstifadəyə verilən hər bir elektron xidmət ölkəyə yeni investisiyaların, yeni biznes tərəfdaşların cəlb edilməsi baxımından əlverişli şərait yaradır və regionun rəqəmsal mərkəzinə çevrilməsi istiqamətində ölkənin potensialını əhəmiyyətli dərəcədə artırır.Biz bu uğurları ölkəmizdə innovativ texnologiyaların tətbiqi ilə bağlı mövcud olan yüksək siyasi iradənin nəticəsində əldə etmişik. Bu həm də bizim “Asan İmza” istifadəçilərimizin nailiyyəti, onların uğurudur”, - Y.Krimpe deyib.

Xatırladaq ki, konfransda Belarus, Qazaxstan, Azərbaycan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən çox nümayəndə iştirak edir. 

Son xəbərlər

Orphus sistemi