Artıq mobil smartfonlar üzərindən elektron sənəd imzalamaq mümkün olacaq

Artıq mobil smartfonlar üzərindən elektron sənəd imzalamaq mümkün olacaq ​Milli Sertifikat Xidmətləri Mərkəzi elektron imza kartları ilə mobil imza həllərinin tətbiqinə başlayıb
İKT
1 May , 2015 20:40
Artıq mobil smartfonlar üzərindən elektron sənəd imzalamaq mümkün olacaq

Bakı. 1 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi daha bir yenilik edib. 

Məlumat Hesablama Mərkəzindən (MHM) "Report"a verilən məlumata görə, Milli Sertifikat Xidmətləri Mərkəzi elektron imza kartlarından istifadə edərək mobil imza həllərinin tətbiqinə başlayıb. Artıq hər bir vətəndaş elektron imza kartından istifadə edərək mobil smartfonlar üzərindən elektron sənəd imzalaya və "Elektron hökumət" portalına (www.e-gov.az) elektron imza ilə autentifikasiyadan keçərək daxil ola biləcəklər.

Hazırlanmış proqram təminatı vasitəsilə elektron sənədə vaxt göstəricilərini əlavə etmək imkanı, həmçinin imza sertifikatları ilə hər bir sənədə imza edilən zaman yoxlama imkanı mövcuddur. Proqram təminatı 3 dildə fəaliyyət göstərir.

İstifadəçiyə imzaladığı sənədlərin siyahısnı proqram təminatı vasitəsilə idarə etmək imkanı yaradılıb. Eyni zamanda mobil cihazların texniki imkanlarından (Bluetooth, WIFI, Email və s.) istifadə edərək istifadəçilər imzalanmış elektron sənədləri istədikləri yerə göndərmə imkanına malik olacaqlar. Təqdim edilən mobil imza proqram təminatı "Android" əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulub. Hazırda "İOS" əməliyyat sistemində istifadə üçün işlər aparılır.

Son xəbərlər

Orphus sistemi