Aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyunu yenidən maliyyələşdirilir

Aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyunu yenidən maliyyələşdirilir Bakı. 24 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan “CustomAR” şirkəti tərəfindən hazırlanan “Yüksəklik” adlanan virtual reallıq (VR) döyüş oyununu yenidən maliyyələşdirir.
İKT
24 İyul , 2018 16:56
Aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyunu yenidən maliyyələşdirilir
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan “CustomAR” şirkəti tərəfindən hazırlanan “Yüksəklik” adlanan virtual reallıq (VR) döyüş oyununu yenidən maliyyələşdirir.

Nazirlikdən “Report”a verilən məlumata görə, oyun düşmənə qarşı vuruşan qəhrəman Azərbaycan əsgərlərinə həsr edilib. “Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi “Lələ Təpə” yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində səhnə tərtibatı ilə istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub.

Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir. Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır”,- məlumatda qeyd olunub.

Bildirilib ki, bununla yanaşı, “CustomAR” şirkəti hərbi qüvvələr üçün virtual reallıq treninqləri təşkil etmək niyyətindədir. Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəsait ayırıb.

Son xəbərlər

Orphus sistemi