​“Apple” və “Samsung” elektron SİM texnologiyası üçün işlərə başlayıb

​“Apple” və “Samsung” elektron SİM texnologiyası üçün işlərə başlayıb Ənənəvi SİM-kartlar ləğv olunacaq
İKT
22 İyul , 2015 02:17
​“Apple” və “Samsung” elektron SİM texnologiyası üçün işlərə başlayıb

Bakı. 22 iyul. REPORT.AZ/ Ötən il təqdim olunan “iPad Air 2” modelində xarici bir SİM-kartdan çox “Apple SİM” olaraq təqdim edilən və inteqrasiya olaraq gələn SİM-kart diqqət çəkmişdi. Bu SİM-kart ilə istifadəçilər abunəsi olduqları operatorları arasında keçidi həyata keçirə bilirdilər.

"Report" xəbər verir ki, dünya mobil operatorlarını özündə birləşdirən "GSMA” Assosiasiyası tezliklə elektron SİM-kartların (E-SIM) spesifikasiyalarını təsdiq etməyi planlaşdırır. Texnologiya smartfon, planşet, “ağıllı” saatların və digər elektronikanın quraşdırılmış SİM-kartlarla satışını nəzərdə tutur və istifadəçilərə istənilən anda müxtəlif operatorlara keçməyə imkan verir.

"Apple” “E-SIM” ilə oxşar həlli artıq kommersiya bazarında istifadə edir. Belə ki, son nəsil “iPad” planşetlərində müxtəlif operatorların şəbəkələrinə keçməyə imkan verən “Apple SIM” SİM-kartı quraşdırılıb.

İstifadəçiləri birdən çox SIM-kart istifadə etmək məcburiyyətindən qurtaran bu həll indi daha fərqli bir texnologiyaya keçid etmək üzrədir. “Apple” və “Samsung” elektron SİM-kart olaraq təyin olunan yeni bir texnologiya üçün işlərə başlayıb.

Son xəbərlər

Orphus sistemi