Yuxarı

"Apple" şirkəti "iPod" istehsalını dayandırıb

Şirkətin rəsmi saytında “iPod” bölməsi artıq götürülüb

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ-ın “Apple” şirkəti “iPod” istehsalını dayandırıb. “Report”un şirkətin Azərbaycandakı rəsmi təmsilçisi olan “Almastore” mağazalar şəbəkəsindən aldığı məlumata görə, bir müddət idi ki, “iPod klassik” modeli ölkəyə gətirilmirdi və artıq şirkət tərəfindən rəsmi şəkildə istehsalın dayandırıldığı bildirilib.

Məhsulun “iPod touch 5G", "iPod shuffle"  və “iPod nano” modelləri haqqında məlumat verməyən şirkət digər modellərin istehsalının dayandırılmayacağını da deməyib. Bununla yanaşı, şirkətin rəsmi veb-saytında “iPod” bölməsi artıq götürülüb. Bu da brendin sözügedən məhsulun istehsalını tamamilə dayandıracağı haqqında söz söhbətlərin yaranmasına səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi