"​Apple" saatlarının İsveçrədə satışı qadağandır

"​Apple" saatlarının İsveçrədə satışı qadağandır Saatın sport və watch versiyası ABŞ başda olmaqla 9 ölkədə aprelin 24-dən etibarən satışa çıxarılacaq
İKT
8 Aprel , 2015 20:44
​Apple saatlarının İsveçrədə satışı qadağandır

Bakı. 8 aprel. REPORT.AZ/ "Ağıllı saatı" ilə İsveçrədəki 400 illik saat sektorunun sonunu gətirəcəyi iddia edilən "Apple" bu ölkədə patent maneəsi ilə qarşılaşıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət aprelin 24-də satışa çıxacaq "Apple Watch"ları dekabr ayına qədər İsveçrədə sata bilməyəcək. Bunun səbəbi isə 1985-ci ildə alınan bir patentin alma (Apple) adının və görüntüsünün saatlar üzərində istifadə edilməsinə icazə verməməsidir. Təxminən 30 il əvvəl alınan bu patentin müddəti bu il dekabrın 5-də tamam olur. "Apple"nin İsveçrədə "Apple Watch2 satışları üçün bu tarixi gözləməli olduğu bildirilib.

Qeyd edək ki, məşhur şirkətin saatları "Apple Watch Sport", "Apple Watch" və "Apple Watch Edition" adı altında üç fərqli kolleksiyadan ibarətdir. Saatın sport və watch versiyası ABŞ başda olmaqla 9 ölkədə aprelin 24-dən etibarən satışa çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi