"Apple" özünün sosial şəbəkəsini yaradır

"Apple" özünün sosial şəbəkəsini yaradır Şəbəkədə videoçarx çəkmək, filtrlər vasitəsilə onları redaktə etmək və digər istifadəçilərlə bölüşmək mümkün olacaq
İKT
26 Avqust , 2016 16:27
Apple özünün sosial şəbəkəsini yaradır

Bakı. 26 avqust. REPORT.AZ/ "Apple" korporasiyası "Facebook", "SnapChat" və "Instagram" əsasında özünün sosial şəbəkə üçün tətbiqini hazırlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, burada videoçarx çəkmək, filtrlər vasitəsilə onları redaktə etmək və digər istifadəçilərlə bölüşmək mümkün olacaq.

Həmçinin yeni proqramda ünsiyyət imkanı yaranacaq.

"Apple" əməkdaşlarının verdiyi məlumata görə, sosial şəbəkədə "Instagram"da olduğu kimi, kvadrat formalı videodan istifadə olunacaq.

Ümumiyyətlə, şirkət sosial şəbəkələrin populyarlığından maksimum faydalanmaq niyyətindədir və proqram üzərində "Final Cut Pro və iMovie" tətbiqinin yaradacı komandası işləyir.

Son xəbərlər

Orphus sistemi