"Apple"nin 2012-2013-cü illərdə satdığı "iMac"larda problem yaranıb

"Apple"nin 2012-2013-cü illərdə satdığı "iMac"larda problem yaranıb Şirkət 27 düymlük “iMac”ları geri çağırıb
İKT
23 İyun , 2015 20:10
Applenin 2012-2013-cü illərdə satdığı iMaclarda problem yaranıb

Bakı. 23 iyun. REPORT.AZ/ “iMac” sistemlərində istifadə olunan 3TB sabit disklərindən bəzilərinin problemli olduğu məlum olub. “Report” xəbər verir ki, şirkət bu barədə öz saytında məlumat yayıb. Bununla yanaşı, nömrə sorğusunu da saytı üzərindən həyata keçirən şirkət alıcıların əllərindəki məhsulun dəyişdirmə proqramına aid olub-olmadığını öyrənə biləcəklərini deyib.

2012-ci ilin dekabrından 2013-cü ilin sentyabrınadək satılan 27 düymlük “iMac”larda olan problemin həlli üçün məhsul sahibləri “Apple” servislərinə müraciət edib, sabit disklərinin pulsuz dəyişdirilməsini tələb edə bilərlər. Bununla yanaşı, “Apple” elan edib ki, bu günə qədər alıcılardan pul ödəyərək öz hesabına problemi aradan qaldıran olubsa, onlar da ödənişlərinin geri qaytarılması üçün müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi