"Apple" istifadəçilərinin 19%-i artıq "iOS 9" sisteminə keçib

"Apple" istifadəçilərinin 19%-i artıq "iOS 9" sisteminə keçib İki il əvvəl istifadəçilər "iOS 7" sistemini daha tez yeniləyiblər
İKT
19 Sentyabr , 2015 12:40
Apple istifadəçilərinin 19%-i artıq iOS 9 sisteminə keçib

Bakı. 19 sentyabr. REPORT.AZ/ “iOS 9” əməliyyat sisteminin quraşdırılmasını izləyən bir neçə analitik şirkətin məlumatına görə, istifadəçilər yeni platformaya ötən il  istifadəyə verilən "iOS 8” sistemi qədər maraq göstərirlər.

“Report”un məlumatına görə, yeni “iOS 9” sistemi artıq qurğuların 18,8%-də quraşdırılıb ki, bu da ötən il "iOS 8” platformasının quraşdırılma tempi ilə eynidir. Qeyd edək ki, iki il əvvəl istifadəçilər “iOS 7” sistemini daha tez yeniləyiblər.

Son 24 saatda “iOS 9” sisteminin payı 12%-ə çatıb və ötən il "iOS 8”in quraşdırılma tempi ilə eyniləşib. Müqayisə üçün qeyd edək ki, “Android 5.0 Lollipop” əməliyyat sistemi bu göstəriciyə beş aya nail olub.

“iOS 9” platforması “iOS 8” sisteminin dəstəkləndiyi bütün qurğularda işləyir. Bu isə o deməkdir ki, bütün “iPhone” və “iPad” modelləri, o cümlədən, “iPhone 4S” və “iPad 2”də sistemi yeniləmək olar. Platformanın yaddaş tutumu 1,3 GB təşkil edir. “iOS 9” sisteminin idarəetməsi ilə işləyən qurğuların iş vaxtı təxminən bir saat artırılıb, eləcə də smartfonun və ya planşetin iş vaxtını təxminən 3 saat artırmağa imkan verən enerjini saxlama rejimindən istifadə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi