"Apple" "iPhone 5" smartfonunu köhnəlmiş qurğular siyahısına daxil edib

"Apple" "iPhone 5" smartfonunu köhnəlmiş qurğular siyahısına daxil edib Bakı. 2 noyabr. REPORT.AZ/ Amerikanın Apple şirkəti iPhone 5 məhsullarını köhnəlmiş qurğular siyahısına daxil edib.
İKT
2 Noyabr , 2018 00:14
Apple iPhone 5 smartfonunu köhnəlmiş qurğular siyahısına daxil edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Amerikanın "Apple" şirkəti "iPhone 5" məhsullarını köhnəlmiş qurğular siyahısına daxil edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin saytına yerləşdirilib.

İndi sözügedən smartfonu Amerika korporasiyasının rəsmi servis mərkəzlərində təmir etdirmək mümkün olmayacaq.

"Apple" şirkəti öz qadcetlərinin işini onların istehsalı dayandırıldıqdan sonrakı beş il ərzində dəstəkləyir.

"iPhone 5" smartfonu 2012-ci ilin sentyabrında buraxılıb. Bütün istehsal dövrü ərzində 70 milyondan çox qadcet nüsxəsi satılıb.

Bundan əvvəl "Apple" şirkəti yeni "ipad Pro" planşetlərini təqdim edib.

Son xəbərlər

Orphus sistemi