Yuxarı
    Bağlamaq

    ​"Apple" iOS sistemində yaranan problemləri aradan qaldırıb

    Bundan öncəki versiyada istifadəçilərin telefonuna bildiriş gəldikdə telefonun ekranı yanlış istiqamətə çevrilirmiş

    Bakı. 1 oktyabr. REPORT.AZ/ "Apple" şirkəti ötən gün iOS 9-un yeni versiyasının təqdimatını keçirib. "Report" ABŞ mətbuatına istinadən xəbər verir ki, yeni iOS 9.0.2-də "Apple"ın iOS sisteminin əvvəlki versiyasındakı bəzi xətaları düzəldilib.

    "Apple"ın açıqlamasına görə, proqramın yenilənməsi, "iMessage", "ıCloud backups"da və ekranın çevrilməsində (screen rotation) olan xətalar düzəldilib və mobil məlumat (cellular data) parametrləri, həmçinin "Podcast app" təkmilləşdirilib.

    Şirkət ən böyük dəyişikliyin mobil məlumat parametrlərində edildiyini, həmçinin yeni satışa çıxan iPhone 6S və iPhone 6S Plus telefonlarında "iMessage"ın istifadəsində yaranan problemlərin aradan qaldırıldığını açıqlayıb.

    Qurumun məlumatına görə, bundan əvvəlki versiyada istifadəçilərin telefonuna bildiriş gəldikdə telefonun ekranı yanlış istiqamətə çevrilirmiş.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi