"Apple"in gəlirlərinin azalması davam edir

"Apple"in gəlirlərinin azalması davam edir Şirkətin rüblük gəlirləri 15%, xalis mənfəəti isə 27% azalıb
İKT
27 İyul , 2016 21:11
Applein gəlirlərinin azalması davam edir

Bakı. 27 iyul. REPORT.AZ/ Dünyanın texnologiya nəhəngi olan ABŞ-ın "Apple" şirkəti artıq ikinci rübdür gəlirlərinin azaldığını bəyan edir. 

"Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu ilin aprel-iyun aylarında "Apple"in gəliri ötən ilin eyni dövrünə nisbətən 14,5% azalıb.

Belə ki, aprel-may aylarında şirkət 42,4 mlrd. dollar gəlir əldə edib. Halbuki 2015-ci ilin eyni dövründə bu rəqəm 49,6 mlrd. dollar olub.

Son nəticədə "Apple"in xalis mənfəəti 27,1% azalaraq son bir ildə 10,7 mlrd. dollardan 7,8 mlrd. dollara düşüb.

Şirkətin gəlirlərinin azalmasına səbəb kimi istehsal etdiyi məşhur brendlərə tələbatın azalması göstərilir. Məsələn, "Apple"in istehsal etdiyi "iPhone"ların satışı 14,9% azalaraq 40,4 mln. ədədə, "iPad"ların satışı 8,7% azalaraq 9,9 mln. ədədə, "Mac" kompüterlərinin satışı isə 11,4% azalaraq 4,2 mln. ədədə düşüb.

Son xəbərlər

Orphus sistemi