Yuxarı

"Apple" gələn il "iPhone" istehsalını azaldacaq

Şirkət iPhoneları Hindistanda da istehsal etməyə hazırlaşır

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ-ın “Apple” şirkəti 2017-ci ilin birinci rübündə “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının istehsalını 10% azaldacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Nikkei” yazıb.

“Nikkei”in məlumatına görə, bu hesablamalar şirkətin son model smartfonlarının istehsalı və qlobal satışı haqqında hesabatlarına əsaslanır.

Eyni zamanda, məlumatlı mənbələr qeyd ediblər ki, istehsalın azalması tamamilə gözləniləndir.

Xəbər verildiyi kimi, “Apple” şirkəti “iPhone” smartfonlarının Hindistanda da istehsal etməyə hazırlaşır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi