Yuxarı

"Apple" bəzi oyunların yüklənməsinə qadağa qoyub

Məzmununda Konfederasiya Bayrağı olan müharibə oyunlarına qadağa qoyulub

Bakı. 27 iyun. REPORT.AZ/ “Apple” şirkəti “iOS” əməliyyat sisteminin rəsmi mağazası olan “App Store”dan endirilə biləcək bəzi oyunlara qadağa qoyub. “Report” xarici mediaya istinadən bildirir ki, həmin oyunlar məzmununda Konfederasiya Bayrağını əks etdirən ABŞ istehsalı müharibə oyunlarıdır.

Bu qərarın səbəbi isə Konfederasiya Bayrağının ABŞ xalqının əksəriyyəti tərəfindən irqçilik və köləliyin simvolu olaraq qəbul olunmasıdır. 

“Apple”nin bu qərarı "Gettysburg" və "Civil War" kimi məşhur oyunlara ciddi təsir etməklə yanaşı, bəzi firmaların etirazına da səbəb olub. Oyunlarının irqçiliklə heç bir əlaqəsi olmadığını deyən “Game Labs” səlahiyyətlisi Maksim Zasov (Maxim Zasov) ABŞ məktəblərində müəllimlərin dərs vaxtı vətəndaş müharibəsini şagirdlərə anlatmaq üçün bu oyunlardan istifadə etdiklərini və bu qərarın düzgün olmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl “Walmart”, “Amazon”, “Etsy” və “eBay” kimi beynəlxalq alış-veriş saytları Konfederasiya Bayrağı olan məhsulları satışdan çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi